Sabirabadda səkkiz yaşlı uşaq qətlə yetirilib? - VİDEO

 23:00 29.03.2023     691

Sabirabadda meyiti tapılan 8 yaşlı uşağın əmisi danışıb.

Redaktor.az bildirir ki, Səyyub Cəfərov 2015-ci il təvəllüdlü Cəfərov Siyasətin meyiti tapılan gün saat 13:00-a qədər məktəbdə olduğunu bildirib.

“Daha sonra əmim gilə oynamaq üçün gəlib. Əmim heyvanları otarmağa aparanda, uşağın yolun qırağında uzandığını görüb. İlk öncə uzandığını düşünüb, daha sonra öldüyünü anlayıb. Heç bir xəstəliyi olmayıb. Bugünədək dərman belə içməyib. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Sadəcə öyrənmək istəyirəm, bəlkə kimsə düşmənçilik etmək istəyir”, - deyə S.Cəfərov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: