Bakıda irana casusluq edən daha bir dəstə deşifrə edildi

 13:00 31.03.2023     730

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Redaktor.az bildirir ki, “MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.

Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər. 

Tunar Altunbay