Sərhəddə 4 milyon manatlıq qaçaqmal ələ keçirilib
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 330 kq 909 qram narkоtik vasitə və 7613 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bundan başqa qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 4 milyon 235 min 748 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, spirtli içki, tütün məmulatları və saxta yolla düzəldilmiş möhürlər saxlanılıb.