Rüşvət alan gömrükçü barədə yeni MƏLUMAT

 15:00 01.04.2023     759

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib.

Redaktor.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru Cavid Məmmədovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Cavid Məmmədovun ayrı-ayrı vətəndaşlara gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.