Metronun "Gənclik" stansiyasında yanğın GÖRÜNTÜLƏRİ

 16:15 01.04.2023     858

Gənclik metrosunda yanğın baş verib.

Bu barədə görüntülər sosial mediada yayılıb.

Yanğına dərhal müdaxilə edildiyi bildirilir.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar Redaktor.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, həmin görüntülər dünən çəkilib.

Onun sözlərinə görə,  "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb. Və bu zaman yanğın əmələ gəlib. 

"Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib".- deyə B.Məmmədov əlavə etdi.

Tunar Altunbay