Qazaxda piyadanı yük avtomobili vuraraq öldürdü

 23:59 01.04.2023     456

Qazaxda piyadanı yük avtomobili vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən Şıxlı kənd sakini olan kişini TIR vurub.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.