Üçüncü kurs tələbəsi özünü asdı

 19:35 03.04.2023     2499

Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra Həsənova intihar edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, hadisə Gəncənin Tağıyev küçəsində qeydə alınıb.

Məlumata görə, Kübranın bir müddət əvvəl atası dünyasını dəyişib. Gənc qızın atasının ölümündən sonra psixoloji problemləri yarandığı iddia olunur.

Faktla bağlı araşdırma aparılır.