Daşkəsəndə ər və arvadın qətlinin TƏFƏRRÜATI
Daşkəsəndə ər və arvadın qətlinin təfərrüatı məlum olub.
Redaktor.az xəbər verir ki, Daşkəsən rayon Mədənçilər qəsəbəsində qətlə yetirilən 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın övladları olmayıb.
Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan səssiz insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində “Şaka” kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, ər və arvad yaşadıqları evdə küt alətlə aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam etdirilir.