Bakıda evdən külli miqdarda pul oğurlandı
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.