Bu yolda ağır qəza - 3 ölü, 3 yaralı

 17:22 05.04.2023     1006

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb.

Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və bir azyaşlı uşaq isə xəsarət alıb. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

22