Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi BİLİNDİ

 18:45 05.04.2023     747

Xəbər verdiyimiz kimi, Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, qəzada ölənlərin kimliyi məlum olub. 

Bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı qəzada ağır xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.