Bakıda yaşayış binasında yanğın oldu

 22:50 05.04.2023     1105

Bakının Yasamal rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mebel qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.