Goranboyda içində hərbçilərin olduğu maşın aşdı - YENİLƏNİB

 13:56 06.04.2023     4658

Xəbər verdiyimiz kimi, Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.

Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Goranboy rayon Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report).