"Azəriqaz"ın işçisini cərəyan vurub öldürüb

 15:22 06.04.2023     643

2023-cü il aprelin 5-də saat 14:00 radələrində ictimai  işlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin xətti ilə “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş Turab Nəsirov cərəyan vurması nəticəsində həyatını itirib.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İB-nin mətbuat xidmətindən məlumat verilib.

"Qeyd etmək istərdik ki, hadisə Turab Nəsirovun şəxsi həyatyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb. 
Turab Nəsirova Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk" - "Azəriqaz"dan bildirilib.