Baş Prokurorluğun qarşısında etiraz aksiyası oldu - RƏSMİ

 21:59 06.04.2023     276

“Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş Prokurorluq və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub”.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lalə Babaşova, Xalidə Məmmədova və Çiçək Aslanovanın şikayət etdiyi hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından narazı qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin mülki xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.

Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul ediləcəyi bildirilib.