Goranboyda iki ailə arasında dava oldu - Yaralananlar var
Goranboyda iki ailə arasında dava olub, yaralananlar var.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayonunun Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə Asəf Yunislinin həmin rayonun Börü qəsəbəsində yaşadığı evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi “Sarsılmaz” markalı, M204 STD modelli, üzərində 09Y00184 nömrələri qeyd edilmiş ov silahı ilə 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna odlu silahdan 1 (bir) dəfə atəş açaraq həmçinin həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Xocalı RPŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.