Goranboyda polis öldü

 09:58 07.04.2023     1745

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov sürücüsü olduğu “Opel” markalı avtomobilə idarəetməni itirib və nəticədə avtomobil aşıb. 

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.