Bakı həbsxanasında ÖLÜM

 14:31 07.04.2023     1103

Bakıda həbsxanada ölüm hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Orada saxlanılan məhkum Elmar Səfərəli oğlu Abdullayev dünyasını dəyişib.

Onun ölüm səbəbi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.