Abşeronda gənc qız intihar etdi
Abşeron rayonunda intihar baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”də qeydə alınıb.
Orada yaşayan 23 yaşlı Gözəl Fəxri qızı Məmmədova sirkə turşusu içərək canına qəsd edib.
Xəstəxanaya yerləşdirilən Gözəl Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.