Meşəbəyinin döyülməsi barədə rəsmi AÇIQLAMA

 14:32 08.04.2023     924

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhlil olunaraq tərəfimizdən araşdırılır.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib.

 

Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb. Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir."