Azərbaycanda daha bir İran casusu SAXLANILDI
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Redaktor.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tehran rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.
Onlardan biri də “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Natiq Qasımovdur.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 20-dən çox şəxs saxlanılıb.