Şüvəlanda 33 yaşlı qadını avtomobil vurdu

 09:33 09.04.2023     995

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil 1990-cı il təvəllüdlü Sadıqova Cəmilə Kamil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.