İki azyaşlı bacını avtomobil vurdu - Biri öldü

 12:03 09.04.2023     496

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

Redaktor.az xəbər verir ki, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.

Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.