Keçmiş məhkumda narkotik aşkarlandı

 09:50 10.04.2023     380

Samuxda keçmiş məhkumda narkotik aşkarlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Mircalal İbrahimov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəsni İran vətəndaşından aldığını etiraf edib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.