Xaçmazda ailə faciəsi: Ərlə arvad yanaraq öldü

 10:05 10.04.2023     450

Xaçmazda yanğın olub, ər və arvad ölüb. 

Redaktor.az xəbər verir ki, hadisə Yalama kəndində baş verib. 

Məlumata görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları evə yanmış halda tapılıblar.

Faktla bağlı araşdırma aparılır.