Xırdalanda parkdan 3 min manatlıq oğurluq edilib

 13:56 10.04.2023     762

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman alətinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.