Torpağın altında narkotik gizlədən şəxs tutuldu

 09:24 11.04.2023     281

Balakəndə narkotik və silah daşıyan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, rayon sakini Nəriman Mağliyevin üzərindən külli miqdarda heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki daraq və 53 patron aşkar edilərək götürülüb.

Bundan başqa, rayon ərazisində narkotik vasitələrin satışını, daşınmasını təşkil edən daha 7 nəfər tutulub. Keçirilən ilk tədbir zamanı Meşəşambul kənd sakini İsa Qurdayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı evin həyətindəki tövləyə baxış keçirilərkən ümumilikdə 11 kiloqrama yaxın marixuana aşkarlanıb. Növbəti əməliyyat nəticəsində 6 nəfər saxlanılıb. Onlardan Kamil Maqamedovun rayon ərazisində torpağın altında şüşə qablarda gizlətdiyi külli miqdarda marixuana, eləcə də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.