Bakı həbsxanasında üç məhkum öldü

 21:40 11.04.2023     367

Bakıda daha üç nəfər həbsdə ölüb. 

Redaktor.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. 

Orada saxlanılan məhkumlar - Çingiz Səfər oğlu Məmmədov, Hikmət Nazim oğlu Əliyev və İsmayıl Hekayət oğlu Abuşov dünyasını dəyişiblər. 

Onların xəstəlikdən öldüyü bildirilir.