Bakıda gənc qızı maşın vurdu

 08:54 12.04.2023     404

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Binə qəsəbəsində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Mövlanzadə Şəbnəm Zaur qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır (report).