Füzulidə silah-sursat aşkarlandı - FOTO

 09:03 12.04.2023     397

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

 

Füzulidə silah-sursat aşkar edilib - FOTO