Şəmkirdə avtomobil körpüdən aşdı - Bir ailənin altı üzvü xəsarət alıb

 15:16 12.04.2023     663

Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir ailənin 6 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report).