Şəmkirdə ana və oğlu qəzada xəsarət aldı

 23:55 12.04.2023     346

Şəmkirdə iki avtomobil toqquşub, ana və oğlu xəsarət alıb.

Redaktor.az xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü E.Orucova və oğlu, 1997-ci il təvəllüdlü A.Orucov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.