Şamaxıda “Hummer” yandı

 10:00 13.04.2023     330

Şamaxıda “Hummer” markalı avtomobil yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 105-ci kilometrliyindəki ərazidə “Hummer” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.