Naxçıvanda evi su basdı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirsəmisinə yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə müvafiq qüvvələr cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.