Cəlilabadda iki avtomobil toqquşdu Ölən və yaralanan var

 17:36 13.04.2023     494

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, nəticədə bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Yaralı rayon xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.