Bakıda məktəblini avtomobil vurdu

 09:36 14.04.2023     233

Bakının Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Ələkbərov Hüseyn Rövşən oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.