İcra hakimiyyətinin sektor müdiri qəza törətdi
Mingəçevir şəhər İcra hakimiyyətinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində baş verib.
İcra hakimiyyətinin sektor müdiri Fərid Məmmədovun idarə etdiyi “Nissan” markalı maşın “BMV” ilə toqquşub.
Qəza zamanı ciddi xəsarət alan olmayıb (gundem.az).