Naxçıvanda 22 radiator oğurlandı

 11:51 15.04.2023     538

Naxçıvan şəhəri ərazisində yerləşən, fəaliyyəti dayandırılmış inzibati binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Mövsüm Nağıyev, Ata Rzayev, İsa Bəndəliyev və Arzu Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən