Benzin maşını körpüdən aşdı

 13:17 15.04.2023     541

Qəbələdə ağır tonnajlı benzin maşını körpüdən aşıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində Naxçıvan Muxtar respublikası Şahbuz rayon sakini 1960-ci il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin əməkdaşı və polis əməkdaşları hadisə yerindədir. Hadisənin sürücünün qəfil ürək tutmasından dünyasını dəyişməsi olduğu ehtimal olunur. Hadisə nəticəsində iki sərnişin avtomobilinə ciddi ziyan dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (apa).

Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO Qəbələdə benzin maşını körpüdən aşıb  - YENİLƏNİB  - FOTO