Paytaxtda ağır yol-nəqliyyat hadisəsi: “Zərbə kişini avtomobilin üzərinə tulladı” - VİDEO

 15:58 15.04.2023     487

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən KIA markalı avtomobilin sürücüsü yol kənarında dayanan “Opel” və “Mercedes-Benz E-class” markalı avtomobillərə çırpılıb.

Zərbə dalğası “Opel” markalı nəqliyyat vasitəsinin arxasında dayanan kişini yaxınlıqdakı BMW markalı avtomobilin üzərinə atıb.

Şəxsin xəsarət alması ilə bağlı dəqiq məlumat yoxdur (oxu.az).

Hadisə yerindən olan görüntüləri təqdim edirik: