Qadının küçədə özünü doğraması ilə bağlı AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə yayılmış qadının kəsici alətlə özünə xəsarət yetirməsi videosu ilə bağlı rəsmi açıqlama verilib.
Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun oxu.az-a verdiyi məlumata görə, Gəncə şəhər sakini A. Abbasəliyeva həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyi üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə edib.
Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib, A. Abbasəliyevaya tibbi yardım göstərilib, səhhəti normaldır.
Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.