Usta faciəvi şəkildə öldü

 09:39 17.04.2023     362

Ağstafa rayonunda TIR-ı təmir edən usta faciəvi şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rasim İsmayılov işlə bağlı Özbəkistan vətəndaşı Azam Usmonovun çağırışı əsasında onun idarə etdiyi “Mercedes Benz Actros” markalı yük avtomobilində iş görən zaman hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalıb sıxılaraq ölüb "report).