Culfa sakinindən avtomat götürüldü

 11:49 17.04.2023     277

Naxçıvanda Culfa sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun kəndin “Buzxana” adlanan ərazisində “AK-74” markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd “Maqnum” markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.