Marketdən 20 min manatlıq ərzaq oğurlandı
Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin noyabr ayından cari il aprelin 15-dək olan müddətdə 20.000 manat dəyərində ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən Abşeron rayon sakini Zahir Allahyarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.