Bakıda üçmərtəbəli binada YANĞIN

 09:25 18.04.2023     274

Bakıda üçmərtəbəli binada yanğın olub.

Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.