58 yaşlı kişi arvadını bıçaqladı
Balakən rayonunun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
O bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.