Bakı metrosunda sərnişin  ÖLDÜ

 13:16 19.04.2023     556

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”ndən bildirilib.

Məlumata görə, "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.

Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib.