10 yaşlı uşaq alçadan zəhərlənib öldü
Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.
Redaktor.az xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında qeydə alınıb. Mingəçevir sakini olan 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.
Onun sonuncu dəfə dərman vurulmuş ağacdan alça yediyi bildirilir və bundan zəhərləndiyi ehtimal olunur.
Artıq fakt ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü Nailə Babayevanın (ad və soyadlar şərtidir) ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır (apa).