Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var

 18:05 20.04.2023     355

Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var.

Redaktor.az report-a istinadla xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.