İtkin düşən məktəbli qardaşlar tapıldı

 19:14 22.04.2023     728

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Əvvəlcə qardaşlar valideynləri ilə əlaqə saxlayıblar.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.  

Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.